Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfirliyindən məlumat verilib.
“Təlimlərdə ABŞ-ın “Donald Kuk” raket esminesi və Ukrayna HDQ-nin “Getman Saqaydaçnıy” freqatı iştirak edib. Hər iki tərəf təlim zamanı regionda təhlükəsizliyin qaldırılması ilə bağlı böyük təcrübə əldə etdi”, - “Donald Kuk” gəmisinin operativ məsələlər üzrə zabitinin köməkçisi leytenant Antoni Melendes-Dias deyib.
Xatırladaq ki, Krım böhranından sonra ABŞ və NATO hərbi gəmiləri mütəmadi olaraq Qara dəniz akvatoriyasına daxil olurlar.