0
Tuesday 20 January 2015 - 10:47

İran və Rusiya əməkdaşlıq edir

Story Code : 433831
İran və Rusiya əməkdaşlıq edir
İki günlük rəsmi səfər çərçivəsində Şoyqu İran Müdafiə naziri, briqada generalı Hüseyn Dehqan ilə görüş keçirəcək.

Bu gün baş verəcək müzakirələr zamanı tərəflər iki ölkənin hərbi və hərbi texniki əməkdaşlığının aktivləşməsi, eləcə də regional və qlobal təhlükəsizlik kimi aktual məsələləri danışacaqlar. Sergey Şoyqunun İran İslam Respublikasının (İİR) silahlı qüvvələrinin baş qərərgah rəisi, general Həsən Firuzabadi ilə də görüşü gözlənilir.

Bundan əlavə RF MN mətbuat xidməti və informasiya idarəsinin rəisi, general-mayor İqor Konaşenkov bildirib ki, səfər çərçivəsində iki ölkənin hərbi əməkdaşlığı barədə razılığın imzalanması gözlənilir.
Source : Nur.az
Comment