0
Monday 2 February 2015 - 16:42

Rusiyadan İrəvana sərt sillə: “Qarabağa girməyəcəyik”

Story Code : 436624
Rusiyadan İrəvana sərt sillə: “Qarabağa girməyəcəyik”
Rusiyadan İrəvana sərt sillə: “Qarabağa girməyəcəyik”
Axar.az xəbər verir ki, bu açıqlama ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja erməni jurnalistin sualını cavablandırarkən deyib. O, Qarabağın KTMT sərhədləri çərçivəsində olmadığını bəyan edib:

"Əgər siz Dağlıq Qarabağda gərginlik baş verəcəyi təqdirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi müdaxilə edəcəyini düşünürsünüzsə, yanılırsınız. Çünki bu, KTMT-nin əsas müddəalarına ziddir".

Bu gün erməni mətbuatında Bordyujaya cavab verən Ermənistanın NATO-dakı üzvü Tevan Poqosyan isə baş katibi sərt tənqid edib. O, KTMT-ni kağız üzərində olan təşkilat adlandırıb.
Source : Axar
Comment