0
Wednesday 10 November 2010 - 13:34

Azərbaycanlı zəvvarlar Həcc ziyarətinə başlayıblar

Story Code : 43681
Azərbaycanlı zəvvarlar Həcc ziyarətinə başlayıblar
Azərbaycanlı zəvvarlar Həcc ziyarətinə başlayıblar
Azərbaycandan Həcc ziyarətinə təyyarə ilə gedən zəvvarlar "Kiçik Həcc" (ümrə) əməllərinin icrasına başlayıblar.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova çərşənbə günü Trend-ə bildirib ki, təyyarə ilə Həccə gedən zəvvarlar artıq Məkkə şəhərindədirlər.
Avtobusla gedən zəvvarların bir qrupu bu gün, ikinci qrupu isə sabah Məkkəyə çatacaqlar.
Bu ilki Həcc ziyarətində 2000 azərbaycanlı zəvvar iştirak edir. Bu il Azərbaycandan müsəlmanların Həcc ziyarəti üçün ümumilikdə 2000 nəfərlik kvota ayrılıb. Zəvvarların 1200 nəfəri avtobus, 800 nəfəri isə təyyarə ilə Həccə gediblər.
Bu il Həccə gedən zəvvarlardan Azərbaycan vətəndaşı Xanbala Atakişiyevin səhhəti qəfildən kəskin pisləşib. İlk tibbi yardım göstərilməsinə baxmayarq, onun həyatını xilas etmək mümkün olmayıb.
Mətbuat xidmətinin rəhbəri bildirib ki, ailəsinin xahişi ilə noyabrın 8-də axşam saatlarında mərhumun cənazəsi Türk Hava Yollarına məxsus təyyarə ilə Bakıya gətirilib.
QMİ rəsmisi qeyd edib ki, Həcc missiyasının rəhbərindən aldığı məlumata görə, orda olan zəvvarlarımızın səhhətində heç bir problem yoxdur, onların səhhəti normaldır.
Bu il Qurban bayramı noyabrın 16-sı və 17-də qeyd olunacaq.
Related Stories
Comment