0
Friday 6 February 2015 - 16:11
Şimali Afrika "İŞİD"-i Boko Haramın hədəfləri məscidlərdir:

Sübh namazına gələn yüz insan qətliam edildi

Story Code : 437916
Sübh namazına gələn yüz insan qətliam edildi
Təhlükəsizlik səlahiyyətləri məscidlərə hücum edən 800-ə yaxın terrorçunun Mustafa məscidində 39, Utaz Mahamat məscidində 37, Tudcanima məscidində 22 nəfəri qətlə yetirdiyini bildirib.

Boko Haram terrorçuları bundan başqa Fotokol qəsəbəsində demək olar ki, bütün dövlət binalarına hücum edərək qarət ediblər. Yolda qarşılaşdıqları insanları odlu silahlarla və ya boğaraq öldürüblər. Rəsmilər hücumlardan sonra təxminən 250 nəfərin xəstəxanaya yerləşdirildiyini və əksəriyyətinin vəziyyətinin ağır olduğunu bildiriblər.

Nigeriya sərhədindəki Fotokol qəsəbəsində fevralın 5-də Çad və Kamerun əsgərləri ilə Boko Haram yaraqlıları arasında qarşıdurma baş verib. Qarşıdurmalarda 300 terrorçunun öldürüldüyü açıqlanıb.

Kamerunlu hərbi mənbələr qarşıdurmalarda 7 Kamerun, 16 Çad əsgəri ilə yanaşı onlarla vətəndaşın öldüyünü də qeyd edib.

Qarşıdurmadan sonra Fotokol qəsəbəsində əsgərlərin nəzarəti təmin etdiyi vurğulanıb.
Source : Deyerler
Comment