0
Tuesday 16 November 2010 - 09:36

"İran düşmənin kiçik bir səhvinə unudulmaz bir zərbə ilə cavab verəcək"

Story Code : 44271
Hava hücumundan müdafiə sipəri
Hava hücumundan müdafiə sipəri
“İslamTimes” “Fars” xəbər agentliyinə istinadən bildirir ki, “Vilayət səmasının müdafiəçiləri 3” adlı hərbi təlimlərin başlanmasına bir neçə saat qaldığı halda, Polkovnik Əbülfəzl Fərməhini təlimlərin hansı məqsədlə keçirilməsi barədə deyib: “Orta Şərqdə bir sıra yad və işğalçı ölkələrin yerləşməsi bu məntəqədə ümumi əmniyyətin azalmasına səbəb olub. Bizim hərbi təlimlərimiz qonşu dövlətlər üçün sülh və dostluq göstəricisidir. Hərbi təlimlərdə digər məqsəd İranın öz torpaqlarından, hətta qonşu dövlətlərin torpaqlarından müdafiə gücünü bütün dünyaya nümayiş etdirməkdir.”
Polkovnik Fərməhini deyib: “Amerika son dövrlərdə bir sıra bəyanatlarla İranı təhdid etməyə çalışdı. Onlar “masanın üzərində danışıqlardan əlavə digər planlar da var” kimi cümlələrlə İrana hədə-qorxu gəlmək istəyirdilər.
Amerika İraq və Əfqanıstanda ilişdiyi bataqlıqdan canını qurtara bilmir. Onlar İranla müharibəni ağlından belə keçirmirlər. Təhdidlərə gəldikdə isə, bütün bunlar psixoloji müharibədən savayı bir şey deyil.
Amma bütün sadalananlar İranın sakit oturub bir iş görməməsinə səbəb ola bilməz. Biz daim öz gücümüzü artırırıq. Amerika istənilən bir səhvə yol verərsə, biz onlara unudulmaz biz zərbə vuracağıq. Bu zərbə onlara tarixi bir dərs olacaq.”
Comment