0
Thursday 18 November 2010 - 16:44

Mahmud Əhmədinejad Təzəpir məscid kompleksi ilə tanış olub

Story Code : 44469
Mahmud Əhmədinejad Təzəpir məscid kompleksi ilə tanış olub
Mahmud Əhmədinejad Təzəpir məscid kompleksi ilə tanış olub
APA-nın “AzərTAc”
dövlət agentliyinə istinadən verdiyi məlumata görə, qonağı Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə qarşılayıb.

M. Əhmədinejada məlumat verilib ki, prezident İlham Əliyevin göstərişi əsasında 2005-ci ildə məscidin bərpası və ətraf ərazilərin yenidən qurulması layihəsi hazırlanıb, onun ilkin görkəminə qaytarılması məqsədilə əzəli memarlığına xələl gətirməyən elementlər əlavə olunub. Məscidin bərpasında Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq oriyentalistikasının nadir nümunələrindən istifadə edilib.

M. Əhmədinejad kompleksdə Qafqaz Müsəlmanları İdarəsinin kitabxanası ilə tanış olub. Kitabxanadakı 6 min nüsxə nadir əlyazma haqqında qonağa ətraflı məlumat verilib. İran prezidenti burada nümayiş olunan qədim kitablara baxıb, fəxri qonaqlar kitabına ürək sözlərini yazıb. Ona xatirə hədiyyələri təqdim edilib.
Source : apa
Comment