0
Sunday 21 November 2010 - 15:44

Londonda minlərlə insan küçəyə axışıb

Story Code : 44740
Londonda minlərlə insan küçəyə axışıb
Londonda minlərlə insan küçəyə axışıb
Etirazçılar arasında Əfqanıstanda yaxınları vuruşan, yaxud oradakı hərbi əməliyyatlarda yaxınlarını itirən insanlar da olub. Aksiya iştirakçıları Lissabonda keçirilən NATO sammitinə də etirazlarını ifadə ediblər. Onların sözlərinə görə, dünya liderləri sülh haqqında danışsalar da, əslində daha beş il davam edəcək hərbi əməliyyatların proqramını hazırlayıblar.
Etirazçılar hərbi əməliyyatların yanlış bir qərar olduğunu bildiriblər. Onlar qüvvələrin dərhal geri çəkilməsini tələb ediblər. Etirazçılar hərbi əməliyyatlara xərclənən vəsaitlərin əfqanların həyatını yaxşılaşdırmaq üçün istifadə oluna biləcəyini dilə gətiriblər. /Islam-Azeri/
Comment