0
Tuesday 28 April 2015 - 23:07

NATO Rusiyaya savaş elan edir?

Story Code : 457165
NATO Rusiyaya savaş elan edir?
Dünya NATO-nun aktiv qüvvələrinin sayı 2 dəfədən çox - 13 mindən 30 min hərbçiyə qədər artırılacaq. ANS PRESS-in məlumatına görə, bu haqda hərbi blokun baş katibi Yens Stoltenberq danışıb. Alyansın saytında bildirilir ki, belə bir qərarın qəbul edilməsinə səbəb dünyada yaranan yeni təhlükələrdir. \"Biz Avropada təhlükəsizlik məsələsində kəskin dəyişikliklərlə rastlaşdıq\", - deyən NATO başçısı Rusiyanı Ukraynaya qarşı təcavüzkarlıqda ittiham edib. Yens Stoltenberq həmçinin bildirib ki, Avropada da 5 min hərbçidən ibarət əlavə aktiv qüvvələr qrupunun yaradılması planlaşdırılır. Qeyd edək ki, 2014-cü ilin sentyabrında NATO-ya üzv dövlətlər Avropada aktiv qüvvələrin tərkibində artırılmış hərbi hazırlıqlı qrupun yaradılması haqqında təklifi qəbul etmişdilər. Həmin hərbi qruplaşmanın böhran olan ərazilərə göndərilməsi nəzərdə tutulmuşdu. Dekabrda isə Alyans Almaniya, Niderland və Norveçin Hərbi Qüvvələrindən ibarət yüksək hazırlıqlı keçid qrupunun yaradılmasını razılaşdırmışdı. Fevralda həmin hərbi qrupun meyarları da müəyyənləşdirilmişdi. Qrupun 5 minlik quru kontingentindən yaradılması qərara alınmışdı. Yeni yaradılacaq hərbi qrupun hava, hərbi-dəniz və xüsusi təyinatlıların dəstəyilə yaradılması nəzərdə tutulurdu.
Comment