0
Saturday 9 May 2015 - 23:26

İŞİD-in İraqdakı ardıcıl məğlubiyyətlərində İranın rolu böyükdür!

Story Code : 459651
İŞİD-in İraqdakı ardıcıl məğlubiyyətlərində İranın rolu böyükdür!
İŞİD-in İraqdakı ardıcıl məğlubiyyətlərində İranın rolu böyükdür!
Nur-az.com shia-news.com-a istinadən:
İraqın könüllü xalq qüvvələrindən ibarət “Həşəd Şəbi” batalyonlarının strateji katibi Qeys Xəzəli bildirib ki, Səlahəddin vilayətindəki qələbələr “Həşəd Şəbi” batalyonları ilə dövlət qoşunlarının qarşılıqlı ittifaqının nəticəsidir və ümid edirik ki, bu əməkdaşlıq əl-Ənbarın da azadlığı istiqamətində davam edəcək.
Hələlik İŞİD-ə qarşı təşkil edilən beynəlxalq koalisiyanın İraqda yetərli bir təsiri görünmür və Kürdüstanın əksər məntəqələrində terrorist ünsürlər arxayın fəaliyyət göstərirlər. Keçən həftə Amerikanın konqresi tərəfindən Kürdüstanın əhalisini, o cümlədən, sünni təriqətli tayfalarını silahlandırma təklif planını da, İŞİD adı altında ölkənin parçalanması istiqamətində nəzərdə tutulan təxribatdan başqa bir şey deyildir. Bütün bunlara rəğmən, adi xalqa mənsub “Həşəd Şəbi” batalyonları isə son vaxtlara qədər yürüş etdiyi hər məntəqəni azad edərək irəli yeriməkdədir.
Onu da qeyd edək ki, İŞİD-ə qarşı mübarizədə ən tez və artıqlaması ilə silah-sursat və təchizat İrandan əlimizə yetib. Doğrusu, cənab baş nazir Heydər İbadinin dediyi kimi, İraqda İŞİD-in əleyhinə hər hansı qələbə və müvəffəqiyyətdə İranın rolu böyükdür!
Source : Nur.az
Comment