0
Tuesday 14 December 2010 - 01:05

Nazir direktorlardan acıq çıxır?

Story Code : 46814
Nazir direktorlardan acıq çıxır?
Nazir direktorlardan acıq çıxır?
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı Lent.az-a açıqlamasında belə deyib. O qeyd edib ki, hələ 2008-ci ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəisi məktəblərdə yemək-içmək məclislərinin təşkilinin qadağa olunması barədə xüsusi əmr imzalayıb. Həmin əmrə əsasən, ümumi orta təhsil müəssisələrində bayram tədbirləri, o cümlədən yeni il şənlikləri ilə bağlı ziyafətlərin təşkili, qadağandır.
Zəminə Əliqızı bildirib ki, hansısa təhsil müəssisəsi yeni il şənliyi keçirmək istəyirsə, bunu ədəbi-bədii bir tədbir kimi təşkil edə bilər: ”Biz şagirlərin və müəllimlərin məktəbdə şənlik keçirməsinə qadağa qoymuruq. İstəyirlər, məktəbdə ədəbi bədii səhnəciklər keçirsinlər, əyələnib dincəlsinlər, şeir desinlər. Amma buna görə şagirdlərdən pul yığmağa ehtiyac yoxdur”
Zəminə Əliqızı valideynlərdən və media nümayəndələrindən xahiş edir ki, şagirdlərdən hər hansı ad altında pul yığılması tələbi ilə qarşılaşarlarsa, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsində fəaliyyət göstərən “qaynar xətt”ə (441-06-99) xəbər versinlər.
“Biz daxil olan hər bir müraciətə diqqətlə yanaşırıq. Kimsə bizə zəng vurub desə ki, filan məktəbdə şagirdlərdən yeni il şənliyi, yaxud da hansısa bir məsələ ilə əlaqədar pul yığırlar, biz dərhal bunu araşdıracağıq. Məlumat təsdiqini tapacağı təqdirdə isə həmin məktəbin direktoru dərhal işdən azad ediləcək” - deyə, Zəminə Əliqızı əlavə edib.
Comment