Fransa: “İrandakı bütün mövqelərimizi qaytaracağıq”
Story Code : 474360
Axar.az xəbər verir ki, bu sözləri Fransanın BFM televiziyasına açıqlamasında Fransanın Xarici İşlər naziri Loran Fabius söyləyib. Onun sözlərinə görə, Fransa yenidən İranda itirdiyi mövqelərini geri qazanacaq.
Fabius İranla əldə olunan razılığın tam qüvvədə qalmasının əsasən Tehranın üzərinə götürdüyü öhdəlikləri necə yerinə yetirməsindən asılı olacağını da vurğulayıb.