0
Tuesday 21 December 2010 - 00:56

«Prezidentliyə namizədlər müstəntiqlərə ifadə verirlər»

Story Code : 47507
Belorusiya
Belorusiya
Belarus prezidenti Aleksandr Lukaşenkonun sözlərinə görə, ötən bazar günü keçirilmiş prezident seçkilərində onun rəqibləri olmuş Vladimir Neklyayev və Vitali Rımaşevski hazırda müstəntiqlərə ifadə verirlər.
«Biz onları həmin xəstəxanadan götürmüşük. Onlar bu gün müstəntiqlərlə danışırlar», deyə o bildirib.
Qeyd edək ki, Belarus prezidentliyinə namizədlər Vladimir Neklyayev, Andrey Sannikov, Nikolay Statkeviç, Qriqori Kostusev və Vitali Rımaşevski seçkinin yekunlarına dair etiraz aksiyalarının nəticələrinə əsasən həbs olunublar.
Comment