0
Tuesday 8 September 2015 - 09:21

Kadırovdan müsəlman ölkələrinə müraciət

Story Code : 484677
Kadırovdan müsəlman ölkələrinə müraciət
Rusiyanın Çeçenistan Respublikasının prezidenti Ramzan Kadırov müsəlman ölkələrinin liderlərini miqrantların probleminə qarşı birləşməyə çağırıb.
"Əgər bu gün Qərbin insafsız siyasətinə qarşı çıxış etməsək, sabah gec ola bilər".
Kadırov qaçqın axının yaranmasının səbəbini ABŞ-ın və onun qərbli müttəfiqlərinin Yaxın Şərqdə yürütdüyü yalnış siyasətdə görüb.
“Beynəlxalq təşkilatlar, Qərb və ABŞ heç nəyin insan həyatından dəyərli olmadığını deyirlər. Amma təcrübədə onlar Əfqanıstanda, İraqda, Suriyada, Fələstində, Liviyada, Yəməndə, Əlcəzairdə, Sudanda, Somalidə və başqa ölkələrdə on milyonlarla insanın faciəsinə imkan yaradıblar. ABŞ və Avropa bu ölkələri dağıtdı, iqtisadiyyatı məhv etdi, uzunmüddətli daxili münaqişələri dəstəklədi. Müharbələrdən ümidini itirmiş insanlar isə ölkədən qaçmağa məcbur oldular”.- deyə Kadırov bildirib. /ansprees/
Comment