0
Friday 6 November 2015 - 16:32

Səudiyyə Ərəbistanı amerikalılara və avropalılara neftin qiymətində endirim edəcək

Story Code : 496028
Səudiyyə Ərəbistanı amerikalılara və avropalılara neftin qiymətində endirim edəcək
"Report" "Korrespondent"ə istinadən xəbər verir ki, bunu "Saudi Aramco" dövlət şirkəti bildirib.

Məlumata görə, krallıq Asiyadan olan alıcıları üçün isə "qara qızıl"ı baha satacaq.

Səudiyyə Ərəbistanı gələn aydan Şimal-Qərbi Avropadan olan müştərilərinə bir barel neftin qiymətində 1-1,35 dollar, Aralıq dənizi ölkələri üçün 0,4-0,5 dollar endirim edəcək.

ABŞ-dan olan alıcılara "Extra Light" markalı neftin bir bareli 0,1 dollar, qalan markalar isə 0,2 dollar ucuzlaşacaq.

Krallıq Asiyadan olan müştəriləri üçün dekabrdan bir barel neftin qiymətini 0,3-1 dollar artıracaq.
Source : Deyerler
Comment