0
Saturday 7 November 2015 - 20:39

Ayətullah Sistanidən İbadiyə dəstək

Story Code : 496321
Ayətullah Sistanidən İbadiyə dəstək
İslamazeri.az “Sputniknews”-a istinadən xəbər verir ki, Ayətullah Sistani İraq parlamentini İbadinin həyata keçirdiyi islahatların təxirə salınmasında konstitusiyanı bəhanə gətirməməyə çağırıb. Ayətullah Sistaninin Kərbəladakı nümayəndəsi tərəfindən oxunan “cümə mesajı“nda “Son bir neçə aydır ki, xalqın islahat tələblərinin artdığı müşahidə olunur. Mövzu ilə bağlı bir çox sahədə islahat qərarları qəbul olunub və bu qərarların çoxu lazımi islahatın, həqiqi bir dəyişikliyin baş verməsi, ölkənin istənilən hədəfə doğru irəliləməsi üçün ümid verdi”, - sözləri diqqətə çatdırılıb. Mesajda "Konstitusiya və qanunların qorunması zərurəti heç bir səlahiyyətli tərəfindən islahatların təxirə salınması üçün istifadə edilməməlidir", - deyən Ayətullah Sistani islahatların həyata keçirilməsində baş nazir, prezident və parlament arasındakı koordinasiyanın əhəmiyyətinə diqqət çəkib. Qeyd edək ki, İraq baş naziri Heydər əl-İbadi ölkədə "korrupsiyaya qarşı mübarizə və islahatlar” çərçivəsində 9 avqust 2015 tarixində bir sıra qərarlar qəbul etmişdi. Qərarlar çərçivəsində, prezident və baş nazir müavini vəzifələrinin ləğv edildiyi və nazirliklərin sayının 33-dən 22-yə endirildiyini açıqlamışdı. Ancaq İraq parlamenti ilk olaraq baş nazirin təkbaşına islahat aparmasını qadağan etmiş, sonra da səs çoxluğu ilə İbadinin qanunlarla bağlı qanunvericilik səlahiyyətini geri almışdı.
Source : Islamazeri
Comment