0
Monday 10 January 2011 - 10:44

Şəhadət Rəbbimizin hədiyyəsidir

Story Code : 49898
Şəhadət Rəbbimizin hədiyyəsidir
Şəhadət Rəbbimizin hədiyyəsidir
Qarsın mərkəzindən Sarıkamış qəsəbəsinə avtomobillə gələn Ərdoğan Qazilər meydanında "Türkiyə səninlə qürur duyur" şüarı ilə qarşılanıb. Burada sarıkamışlıların divardan asılmış "Türkiyə şəhidlərinə doğru irəliləyir" plakatına "Türkiyə şəhidləri ilə irəliləyir" sözləri ilə süzəliş edib.
Burada sarıkamışlılara xitabən "Allahdan Sarıkamış hərəkatında ölənlərə rəhmət diləyirəm. Sarıkamış təkcə Türkiyənin dörd bir yanından deyil, Balkan yarımadasından və Qafqazlardan gələn insanların var olmaq üçün mübarizə aparıldıqları yerdir. Onlar burada şəhid olmaqları ilə bizim bu günümüzü hazırladırlar. Mənim babam da Rize şəhərindən Sarıkamışa gəlmiş və burada şəhid olmuşdur. Bizə bu şəhadət yaraşır. Çünki bizlər şəhadəti rəbbimizin hədiyyəsi olaraq qəbul edirik. Bizlər o məqama doğru irəliləyirik. Bu düşüncə dünəndə eyni idi, bu gündə eynidir, sabahda eyni olacaq. Bu dəyərləri yşatdığımız zaman Türkiyə böyüyəcək, həm də biz güclənəcəyik"
Qazilər meydanındakı çıxışından sonra Ərdoğan Sarıkamışda olan xizək meydançalarının birində təşkil olunmuş buzdan hazırlanmış heykəllərə tamaşa edib. Buzdan hazırlanmış heykəlləri 23 tələbə məhz Sarıkamış şəhidlərinin şərəfinə hazırlayıblar. Ərdoğan sərginin sonunda 2015-ci ilə qədər Sarıkamış Şəhidlərinin xatirəsinə abidə ucaldılacağını bildirib.
Comment