0
Friday 14 January 2011 - 22:01

ABŞ siyasi mədəniyyətində nifrət

Story Code : 50507
ABŞ siyasi mədəniyyətində nifrət
ABŞ siyasi mədəniyyətində nifrət
Bu terror ABŞ-ın təhlükəsizlik sistemini ciddi problemlərlə üz-üzə qoydu. Qabriel Ciffordsun günün-günorta çağı Arizona ştatının Tuson şəhərində supermarketdən çıxarkən terror edilməsi ictimai və ideoloji səbəblərdən, Amerikanın xəstə siyasətinə görə baş verib.
Amerikada son seçkilər zamanı seçicilər hakimiyyətdə olan partiyanı kənarlaşdırmaq məqsədi ilə heç bir müsbət keyfiyyətə malik olmayan rəqib qrupa səs veriblər. Amerikalılar müxalifəti sevdiklərinə görə yox, hakimiyyətdə olan partiyadan narazı olduqları üçün onları himayə edirlər. Bu səbəbdən də iki seçki arasında seçicilərin digər siyasi qanadlara can atmaları siyasi şəxsiyyət böhranının yaranması ilə nəticələnir. 8 yanvar terror hadisəsində müxalif “Tea Party” təşkilatının ittiham edilməsi də bu ölçülərə görə idi.
Siyasi baxışları ilə konservatorlara daha yaxın olan bu təşkilat Amerika siyasətinə yeni simalarla daxil olaraq özünü xilaskar kimi təqdim etdi.
Mühüm nöqtə budur ki, müxalif cəbhədən olan “Tea Party” dövlətlə mübarizədə köhnə metodları səmərəsiz hesab edir. Buna görə də onlar kobud və təhrikedici şüarlardan istifadə edirlər. 2008-ci il prezident seçkilərində respublikaçılardan vitse-prezidentliyə namizəd və “Tea Pert”nin sevimli obrazı Sara Pelin bu cür kobudluqdan istifadə edənlərə ideal bir nümunədir. O deyirdi: “Konservatorlar və Amerikanı sevənlər! Geriyə çəkilməyin. Tüfənglərinizi hazır saxlayın.”
Sara Pelin bu yaxınlarda saytında yerləşdirdiyi məlumatda demokratların ABŞ-ın Nümayəndələr palatasındakı 20 üzvünü xəritədə tapança tətiyi ilə qeydə alaraq bu onların zəif insanlar oldğunu bildirmişdi. Qabriel Ciffiords bu 20 nəfərdən biri idi. Sara Pelin bu haqda deyib: “Biz problemi tapmışıq, kömək edin ki, onu aradan qaldıraq.”
Amerika ordusunun sabiq üzvü 22 yaşlı Cared Lafner də Qabriel Ciffiordsu güllə ilə hədəfə almaqla problem həll etdi.
Özünü siyasi icmalçı kimi tanıtdıraraq, “Tea Party”-nin üzvü olduğunu vurğulayan Lafner deyir: “Bu dövlət (Obama dövləti) və onun qanunvericiliyinə inanmıram. Dövlət qrammatikaya hakimliklə xalqın beynindəkiləri silmək niyyətindədir. Onlar bu yolla xalqın düşüncəsinə hakim kəsilmək istəyir.”
Belə görünür ki, 8 yanvar terrorunun əsas səbəbi Amerikanın yürütdüyü bügünki siyasətdir. Arizonanın polis rəisi Klarens Dupnik etiraf edib ki, mediada dövlət əleyhinə zorakı üslub artmağa doğru gedir. Ciffordsun terror edildiyi günün səhəri ABŞ cəmiyyətində əksəriyyətdə belə bir fikir müşahidə edildi ki, bu hadisəni planlaşdıran şəxs dövlət rəsmilərinin birtərəfli siyasəti davam etdirməsindən bədbim olan nəslə aiddir.
Amerika tarixi 4 prezidentin qətlinə şahid olub, demokrat Obama üçün də belə bir təhlükə var. Bu nöqtələr mövzunu daha da ciddiləşdirir. Beləcə, 8 yanvar hadisəsi sadəcə qrup hesablaşması kimi dəyərləndirilməməlidir. Hətta demokratların təbliğat maşını özünü məzlum göstərmək üçün Arizona hadisəsini respublikaçıların ayağına yazsa da, həqiqət başqadır. Amerika vətəndaşlarının dediyi kimi hökumət öz siyasi üsullarını yenidən nəzərdən keçirməlidir ki, ölkə intihar və siyasi qətllərdən qurtula bilsin. 

"IslamTimes" - Tərcümə şöbəsi
Comment