0
Friday 25 December 2015 - 13:50

Rusiya KİV-i: Qarabağda müharibə yanvar ayında başlaya bilər – ŞOK İDDİA

Story Code : 507825
Rusiya KİV-i: Qarabağda müharibə yanvar ayında başlaya bilər – ŞOK İDDİA
Sayt yazır ki, Qarabağ münaqişəsi ətrafında vəziyyət ağırlaşır: “Praktiki olaraq hər gün Ermənistan və Azərbaycan KİV-lərində siyasətçilər atəşkəsin pozulması haqda danışırlar. Eyni zamanda, qurbanlar haqda məlumatlar yayılır. Ermənistan prezidenti Serj Sarkisyan da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Moskvada keçirilən iclasında bildirdi ki, İrəvan və Bakı arasında müharibə istənilən vaxt başlana bilər. O, Rusiyaya KTMT-nin Nizamnaməsini xatırlatdı və müharibə olacağı halda dəstək gözlədiklərini dilə gətirdi”.

Rusiyanın hərbi-diplomatik mənbələrindən sayta bildirilib ki, hazırda Qarabağ münaqişəsində gərginliyi aradan qaldırmaq üçün iki plan var: “Birinci variantı ABŞ və Fransa təklif etdi. Bu, ATƏT-in nümayəndələrini artırmaq və ərazinin müşahidəsini texniki vasitələrlə aparmaqdan ibarətdir. Rusiya isə hesab edir ki, bu kömək etməyəcək və təklif edirik ki, sülhməramlıların regiona daxil edilməsi prosesi başlasın. Lakin Bakı buna qəti şəkildə etiraz edir”.

Mənbə qeyd edib ki, məsələ ilə bağlı təcili qərar qəbul etmək lazımdır: “Çünki Rusiya-Türkiyə münaqişəsindən sonra Cənubi Qafqazda da böhran artır və regionda münaqişənin alovlanması ehtimalı var. Bu, həm də Rusiyanı Suriyadan yayındırmağa xidmət edə bilər”.

Asif Nərimanlı
Source : Publika
Comment