0
Thursday 7 January 2016 - 01:20

“Sanki bu ölkədə hökumət yoxdur”

Story Code : 510806
“Sanki bu ölkədə hökumət yoxdur”
“Neftin 1 barreli 35 dollardan da aşağı düşdü. Hələ düşməkdə davam edəcək. Bəs hökumət nə edir? Faktiki heç nə. Sanki bu ölkənin heç hökuməti yoxdur. Dövlət avtopilotda idarə olunur. Bunların “anti-böhran proqramı” da yalnız 2 bənddən ibarətdir. Neftin qiyməti düşdükcə, əvvəl manatın növbəti devalvasiyasına gedirlər, sonra da vergi və cərimələri artırırlar. Bundan artığını ağılları kəsmir. Neftin qiymətinin daha da ucuzlaşdığını eşidəndən məni fikir götürüb ki, növbəti devalvasiya neçə gündən sonra və neçə faiz olacaq? Hansı vergilər artırılacaq və daha hansı cərimələr icad olunacaq? Və bütün bu anti-xalq siyasətinin nəticəsi olaraq qiymətlər daha nə qədər artacaq?”
Source : Nur.az.com
Comment