"İslamTimes" "Fars" xəbər agentliyinə istinadən bildirir ki, bu gün 5+1 və İran arasındakı danışıqlarda İranı təmsil edən nümayəndə heyəti İstanbula daxil olub. İranın nümayəndə heyətini Səid Cəlili, Əli Baqiri, Heydər Rza Əsgəri, Əli Ahəni və Əbəlfəzl Zöhrəvənd təşkil edir. İran və 5+1 ölkələri arasındakı danışıqların növbəti mərhələsinə sabah İstanbul şəhərində start veriləcəyi bildirilir. İran rəsmiləri müzakirələrdə müsbət dəyişikliklər gözlədiyini bildirib.