0
Tuesday 8 February 2011 - 07:14

Assanj edam edilə bilər

Story Code : 53814
Assanj edam edilə bilər
Assanj edam edilə bilər
İsveç prokurorları Assanjı iki qadının seksual təyziq və zorlamaya dair iddialarına əsasən sorğu-sual etmək istəyir.
Milli.Az xəbər portalı "Amerikanın səsi"nə istinadən bildirir ki, WikiLeaks-in təsisçisi Culian Assanj seksual cinayət ittihamı ilə İsveçə ekstradisiya edilməsinə qarşı özünü müdafiə etmək məqsədi ilə bu gün Londonda məhkəmədə iştirak edib.
İsveç prokurorları Assanjı iki qadının seksual təyziq və zorlamaya dair iddialarına əsasən sorğu-sual etmək istəyir.
39 yaşlı Avstraliya vətəndaşının vəkilləri Assanjın cinayətdə ittiham olunmadığına görə onun ekstradisiyasının qəbuledilməz olduğunu bildirirlər.
Vəkillər eyni zamanda, Assanjın İsveçə ekstradisiya edildiyi halda ABŞ-a ötürülə biləcəyini deyir və Quantanamo həbsxanasına düşə biləcəyi, ya da ölüm cəzası ala biləcəyi ehtimalını irəli sürürlər.


Comment