0
Tuesday 15 February 2011 - 14:23

Mövsüm Səmədovun həbsi ev dustağlığı ilə əvəz olunmadı

Story Code : 54932
Mövsüm Səmədovun həbsi ev dustağlığı ilə əvəz olunmadı
Mövsüm Səmədovun həbsi ev dustağlığı ilə əvəz olunmadı
Bu gün Azərbaycan İslam Partiyasının həbs olunmuş lideri Mövsüm Səmədovun növbəti məhkəmə prosesi keçirilib. Nəsimi Rayon Məhkəməsində Elman Əhmədovun sədrliyi ilə keçən prosesdə, Mövsüm Səmədovun 3 aylıq həbs qəti-imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması vəsatəti rədd edilib. Bu barədə FaktXeber.com-a vəkil Anar Qasımov məlumat verib. Vəkilin sözlərinə görə, məhkəmə prosesi bu gün saat 11:00-da başlamalı təqdirdə, yarım saat gec başlayıb. "Nəsimi Rayon Məhkəməsində Elman Əhmədovun sədrliyi ilə keçən prosesdə, Mövsüm bəy barəsində seçilmiş həbs qəti-imkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətim qəbul olunmadı. Bununla bağlı apelyasiya şikayəti verəcəm"-deyə vəkil Anar Qasımov bildirib.


Comment