0
Saturday 19 February 2011 - 15:46

Mübarək İsrail ilə ABŞ-ın arasını vurdu

Story Code : 55519
Mübarək İsrail ilə ABŞ-ın arasını vurdu
Mübarək İsrail ilə ABŞ-ın arasını vurdu
Islam times.org/az/ - Qərb diplomatiya mənbələri məlumat verir ki, hal hazırda İsrail ilə Amerika Birləşmiş Ştatları arasında ciddi soyuq münasibət yaranmaqdadır.

Misir inqilabından sonra Hüsnü Mübarək hakimiyyətinin süqutu bu sionist rejimin rəsmi dairələrinin narahatlığına səbəb olub. Elə bu məqsədlə də rəsmi İsrail ABŞ-ı Mübarəkin hakimiyyətdə qalmasına köməklik göstərməməsində qınayır.

Məlumdur ki, Mübarək hakimiyyətinin devrilməsi başqa dövlətlərdən çox İsrailin siyasi maraqlarına güclü sarsıdıcı zərbə endirdi.

Qısa tarixə nəzər salsaq görərik ki, məhz Misir birinci Ərəb dövləti olaraq sionist İsrail rejiminin məhv edilməsi problemini özündən uzaqlaşdırmış və İsrailin mövcudluq hüququnu tanımışdır. 1979-cu ildə Misirin o dövrki prezidenti Ənvər Sədat ABŞ-ın Kamp –Devid şəhərində İsrail ilə müqavilə bağladı və bununla da ilk ərəb ölkəsi olaraq yəhudi dövləti ilə diplomatik əlaqələr qurdu.
Lakin düz 32 il sonra Mübarək hakimiyyətinin devrilməsi ilə çox güman ki, Misir- İsrail arasındakı bu sülh müqaviləsi də öz qüvvəsini itirəcək.

Hal-hazırda sionist rejim ABŞ-dakı lobbilərini Barak Obamaya qarşı təziq göstərməyə təhrik edir ki, Misirin hələlik boş qalmış birinci kürsüsü “Müsəlman qardaşları” qruplaşmasının əlinə keçməsin.
Belə olan təqdirdə Misir de-fakto İsrailin növbəti düşmənlərindən birinə çevriləcək.
Reporter :
Translator :
Source : IslamTimes
Comment