0
Thursday 29 September 2016 - 09:37

`Ərbəin` ziyarəti YUNESKO-da mədəni irs kimi qeydiyyata alınacaq

Story Code : 571238
`Ərbəin` ziyarəti YUNESKO-da mədəni irs kimi qeydiyyata alınacaq
Maide.Az xəbər verir ki, “Kərbəla” Araşdırmalar Mərkəzinin sədri Əbdül-Əmir Əl-Qorəşi deyib ki, biz çalışırıq ki, Ərbəin ziyarətini İraqın mədəni irsindən bir parça kimi YUNESKO-da qeydiyyata alaq. “Bu mərkəz Avropa, Asiya, İran və Almaniya Universiteti ilə bu sahədə geniş kordinasiyalı müzakirələr aparmışıq. İstəmişik ki, Ərbəin ziyarətinin bütün cəhətlərdən o cümldən xidmətləri, tibbi, ictimai, iqtisadi və inanc baxımından araşdırılsın, həmçinin zəvvarların qarşısında olan problemlərin həll edilməsi və insani dəyərlərin gücləndirilməsinin araşdırılmasını istəmişik”.

Ə. Ə. Əl-Qorəşi deyib ki, Məhərrəm və Səfər aylarında Aşura və Ərbəin ziyarətində milyonlarla müsəlmanın iştirakına hazırlıq işləri görülür.

Ə. Ə. Əl-Qorəşi həmçinin əlavə edib ki, İmam Hüseyn (ə) ziyarətgahının nəzdində fəaliyyət göstərən “Kərbəla” Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə Ümumdünya Ərbəin Ziyarəti Ensiklopediyası hazırlanır. “Dünyanın müxtəlif bölgələrindən qələm əhli, araşdırmaçılar və yazıçıların və beynəlxalq araşdırmalar mərkəzinin yardımından bu ensiklopediyanın hazırlanmasında istifadə olunacaq. Bu ensiklopediyada dinindən asılı olmayaraq əhalinin müxtəlif təbəqələrinin İmam Hüseyn (ə) Ərbəin ziyarəti mərasiminin təşkilindəki çalışmaları, Ərbəin ziyarətinin uğur qazanması üçün edilən siyasi çalışmalar, bu əzəmətli dini mərasimdə qadınların yeri və rolu, yazıçıların və cəmiyyətin ziyalı təbəqəsininin Ərbəin ziyarətindəki rolu haqqında yazılacaq”.

O əlavə edib ki, ensiklopediyada həmçinin Ərbəin ziyarətinin mədəni, ictimai və fikri təsirləri araşdırılacaq.
Source : Maide
Comment