0
Sunday 6 March 2011 - 06:23

Liviya: əz-Zaviya şəhəri uğrunda döyüşlər şiddətlənir

Story Code : 57798
Əz-Zaviya şəhəri uğrunda döyüşlər şiddətlənir
Əz-Zaviya şəhəri uğrunda döyüşlər şiddətlənir
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, paytaxt Tripolidən qərbdə yerləşən bu şəhər uğrunda döyüşlər şiddətlənməkdədir.

Hökumət hissələri şəhərə həmlələrini təzələyiblər. Xəbərlərə görə əz-Zaviyaya doğru əlavə hökumətpərəst qüvvələr hərəkət edir.

Hər iki tərəfdən ağır itkilərin verildiyi bildirilir.

Üsyançı mənbələri Ras Lanuf şəhərini nəzarət altına aldıqlarını elan ediblər.

Tripolidən 600 kilometr aralı olan bu neft limanı strateji əhəmiyyətə malikdir.

Yerli ordu komandiri Saleh Əl-Teyturi deyir ki, onun qüvvələri Tripoliyə doğru irəliləməkdə davam etdirəcəklər:

"Qarşımızda duran məqsəd rejimin devrilməsidir. Ötən gün onların bizdən güclü olmasına rəğmən şəhid düşənlərin sayı az olub”, - deyib üsyançıların komandiri.

Yerli xəstəxana Ras Lanuf şəhəri uğrunda döyüşlərdə 8 adamın öldürüldüyünü bildirir.

Liman şəhərinin nəzarət altına alınması ilə ruhlanan üsyançılar burada daimi düşərgə salaraq Tripoliyə doğru irəliləmək niyyətində olduqlarını deyirlər.

Comment