0
Tuesday 10 January 2017 - 23:24

IHRC Şeyx Zəkzəkinin azad edilməsi üçün Nigeriya prezidentinə vaxt qoydu

Story Code : 598962
IHRC Şeyx Zəkzəkinin azad edilməsi üçün Nigeriya prezidentinə vaxt qoydu
Deyerler.org İHRC-in saytına istinadən xəbər verir ki, IHRC açıqlamasında, 2016-cı il dekabrın 2-də Nigeriya Federal Ali Məhkəməsi tərəfindən Şeyx İbrahim Yəqubi Zəkzəkinin dərhal azadlığa buraxılması barədə qərar verilməsinə baxmayaraq, o, hələ də azadlığa buraxılmadığını qeyd edib. IHRC məhkəmənin Dövlət Təhlükəsizlik İdarəsinin Şeyx İbrahim Zəkzəki və xanımı Zinət İbrahimi azadlığa buraxması üçün 2017-ci ilin 15 yanvar tarixini son müddət kimi təyin etdiyini xatırladıb.

IHRC-in məktubunda belə qeyd olunub: "Şeyx Zəkzəki və onun həyat yoldaşı dərhal azad edilməlidir və onların müdafiəsi və təhlükəsizliyi təmin olunmalıdır".

"Bu böhranın əsas səbəblərindən biri insanların özlərini cinayətkar kimi aparması və dövlət tərəfindən cəzasız qalmalarıdır. Biz yenə də Nigeriya hakimiyyətindən qanunun aliliyinin və ədalətin təmin olunması üçün məhkəmə qərarının icra olunmasına səsləyirik", - deyə IHRC rəsmisi Məsud Şadjareh bildirib.

Qeyd edək ki, 2016-cı ilin dekabrın 2-də hakim Qabriel Kolavolenin sədrliyilə keçirilən məhkəmə iclasında 45 gün ərzində Şeyx Zəkzəkinin azadlığa buraxılması və qanunsuz həbsdə saxlanılmasına görə 25 milyon naira təzminat ödənilməsi barədə qərar verilmişdir. Qərarda şeyx və ailəsi üçün Kadunada, ya da onun istədiyi yerdə evlə təmin olması da qeyd
Source : Deyerler
Comment