0
Saturday 11 February 2017 - 12:43

Biləsuvar rayonundan olan ruhani həbs edilib

Story Code : 608446
Biləsuvar rayonundan olan ruhani həbs edilib
Yaxınlarının Maide.Az-a verdiyi məlumata görə, ruhani M.Ağayev iki gün öncə vəfat edən atasının yas mərasimində iştirak etmək üçün təhsil aldığı Nəcəf şəhərindən ölkəyə qayıdarkən sərhəddə saxlanılıb və daha sonra polis bölməsinə aparılıb.

M.Ağayevin qohumları Biləsuvar polisindən onun həbsi və nədə ittiham olunması ilə bağlı soruşublar, lakin onlara bildirilib ki, O Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BANDOTDEL) əməkdaşları tərəfindən saxlanılıb və Bakıya aparılıb.

Yaxınları Bandoteldə olsalarda onlara ruhaninin həbsi və nədə ittiham olunması ilə bağlı açıqlama verilməyib.
Source : Nur.az.com
Comment