0
Saturday 2 April 2011 - 23:55

Xarici mətbuat Azərbaycandakı zorakılıqdan yazdı

Story Code : 62745
Azərbaycan protest
Azərbaycan protest
Assoşeyted Press (The Associated Press - AP): Azərbaycanda polis demokratiya uğrunda çıxanları həbs etdi
Şənbə günü Azərbaycanda avtoritar respublikada demokratik islahatlar uğrunda etirazlara çıxan insanlar polis tərəfindən həbs edildi. Hakimiyyət paytaxt Bakıda etirazların keçirilməsini qadağan etdi və şəhərin bir çox mərkəzi küçələrini, meydanlarını mühasirəyə aldı və bir çox təşkilatçıları etiraz günündən əvvəl həbs etdi.
Lakin buna baxmayaraq fəallar şəhərdə bəzi yerlərdə topalaşa bildilər. Ən geniş toplaşma yerlərindən birində etirazçılar "Biz Azadlıq istəyirik!" şüarını ingiliscə səsləndirirdilər. Polis hamısını dərhal saxladı. Assoşeyted Pressin (The Associated Press - AP) müxbiri bütün bu həbslərin canlı şahidi olmuşdur. Müxalifətdən olan Musavat partiyasının rəhbəri İsa Qəmbər AP-yə bildirmişdir ki, 200-ə yaxın insan saxlanılmışdır. Rəqəmi dərhal polislə dəqiqləşdirmək mümkün olmadı.

Related Stories
Comment