0
Monday 4 April 2011 - 22:27

Türk bərəsi yüzlərlə liviyalını xilas etdi

Story Code : 63180
Türkiyə - Liviya
Türkiyə - Liviya
Milli.Az xəbər portalı BBC-yə istinadən bildirir ki, Türkiyənin "Ankara" bərə-hospitalı yüzlərlə liviyalı yaralını Misrata şəhərindən üsyançıların nəzarətindəki Benqaziyə aparıb.
Misrata Liviyanın qərbində yeganə şəhərdir ki, üsyançıların nəzarətindədir. Şəhər uğrunda həftələrdən bəri hökumətpərəst qüvvələrlə döyüşlər gedir.
Türkiyəyə məxsus "Ankara" bərəsinin göyərtəsində 250 yaralı liviyalı olub və onların əksəriyyətinin vəziyyəti ağırdı.
Gəmidə Misuratada çalışan həkimlər üçün dərman preparatları da vardı.
Yaralılar gəmiyə yerləşdirəndən sonra "Ankara" limanı tələsik tərk etməli olub, çünki yüzlərlə liviyalı gəmiyə minərək döyüş gedən şəhərdən qaçmaq istəyirdilər.
Comment