0
Wednesday 6 April 2011 - 17:02

Ayətullah Safi Gülpayiqani Abdullaha məktub yazdı

Story Code : 63606
Ayətullah Safi Gülpayiqani Abdullaha məktub yazdı
Ayətullah Safi Gülpayiqani Abdullaha məktub yazdı
Islam times.org/az/ - Ayətullah Safi Gülpayaqani, məktubunda, Səudiyyə Ərəbistanının etibarını yeniləməsi məqsədiylə qeydsiz və şərtsiz Bəhreyndəki hərbi qüvvələrini dərhal çəkməsi və eyni zamanda başda Bəhreyn xalqı olmaqla bütün dünya müsəlmanlarından üzr istəməsini tələb edib.

Məktubda, müsəlmanların, Səudiyyə Ərəbistanı rəsmilərindən bütün müsəlmanlara ortaq bir dünyagörüşündə olmasının gözlənildiyi amma bu gün Bəhreyndə xalqını öldürən bir rəhbərliyə bu cinayətində Ərəbistanın hərbi qüvvə göndərməyi ilə dəstək verməsinin təəssüf verici olduğuna vurğuladı.

Ayətullah Safı Gülpayaqaninin məktubunda deyilir:
"əd-Dino Ən Nəsihət"
Abdullah bin Əbdüləziz
Əssəlamu Əleykum və Rəhmətullah
Öz dediyiniz kimi sizə Kral deyə xitab etmir, sizə yalnız bu nəsihət məktubunun həmsöhbəti olaraq xitab edirəm.

Qardaş! Siz hərçənd 6 milyard insandan birisiniz və hamı kimi bir fərd sayılır və övliyadan, alimlərdən, elm adamlarından və insanlığa böyük xidmətlər göstərənlərdən biri olaraq xüsusi bir möhtərəmliyə sahib deyilsiniz və öz ifadənizlə də başqa "Abdullah"lar kimi yalnız bir Abdullahsınız-tabe abdullahlığın (Allahın qulluğu) şüurunda olmaq bir iftixardır- Ancaq sizi başqalarından ayıran, sizə dəyər və möhtərəmli
qazandıran və 6 milyard insanın gözlərini sizə, rəftar və davranışlarınıza, tətbiq etdiyiniz siyasətlər və aldığınız qərarlara tikdirən və sizə xüsusi bir mövqe qazandıran şey, özünüzü onun məsulu olaraq gördüyünüz Vəhy torpaqları və Hərəmeyni Şərifeynin rəhbərliyidir."

Ayətullah Safı Gülpayaqani məktubunun davamında belə bir məsuliyyətin çox çox böyük olduğunun vurğulayaraq "Ora hər kəsin tarixi, hər kəsin izzəti, hər kəsin dini və hər kəsin şəxsiyyətidir.

O torpaqlar yalnız bir Ərəb ölkəsi deyil. Hər kəsin ölkəsidir. Daha doğrusu İslamın ölkəsidir... Ora əcnəbi və ABŞ -ın nüfuz bölgəsi deyil. Orada Hərəmeyni Şərifeyn hakimdir. Fars Körfəzi Əməkdaşlıq Şurası içərisində əriyib getməz. O hakimiyyətin İslam dünyasının hamısına baxması lazımdır" deyə qeyd edib.

Ayətullah Safı Gülpayaqani məktubunun başqa bir hissəsində belə müqəddəs torpaqlarda qərbyönümlü və Amerikalıları çox sevindirən siyasətlərin tətbiq olunmağa alınmasının şüurlu müsəlmanlar üçün çox ağrılı olduğunu vurğulayaraq, Hərəmeyn hakimlərinin hər kəsə bir gözlə baxması lazım olduğu halda Bəhreyn və Yəmənin diktatorlarına dəstək verdiyini və Bəhreynə göndərdiyi qüvvələrin bu ölkənin günahsız insanlarını qanına qəltan etmələrini xatırladaraq belə yazıb "Sizdən Hərəmeyni Şərifeynin mövqe və möhtərəmliyini qorumanızı... və tez bir zamanda Bəhreyndəki əsgərlərinizi geri çəkmənizi tələb edirik. Əks təqdirdə, bundan sonra yaranacaq bütün nəticələrdən siz məsuliyyət daşıyacaqsınız!"
Translator :
Source : IslamTimes
Comment