0
Saturday 3 June 2017 - 01:05

Yəmən qüvvələri Taizzdə Səudiyyə rejiminin 68 muzdlusunu zərərsizləşdirdi

Story Code : 642780
Yəmən qüvvələri Taizzdə Səudiyyə rejiminin 68 muzdlusunu zərərsizləşdirdi
Deyerler.org Əl-Məsirə-yə istinadən xəbər verir ki, Yəmən ordusu və Ənsarullah hərəkatının qüvvələri Səudiyyə rejiminin muzdlularının Moxa limanının şərqində yerləşən Nabizə dağının şimalında irəliləyişinin qarşısını alıb.

Xəbər mənbələri bu toqquşmalarda Səudiyyə rejiminin 20 muzdlusunun öldürüldüyünü və 48 muzdlunun da yaralandığını açıqlayıb.

Yəmənin hərbi mənbələrindən biri öldürülənlər arasında işğalçıların bəzi komandirlərinin də öldürüldüyünü deyib. Yəmənin cənubunda İŞİD-in komandirlərindən biri olan Əbu Faras Əl-Adna, Əbdülqədir Əl-Sabihi, Yasir Əl-Katibi Əl-Rədəfani, Əbdülkərim Əl-Alkami və Rəmzi Əl-Sabihi bu toqquşmalar vaxtı öldürülən komandirlərdir.
Source : Deyerler
Comment