0
Sunday 4 June 2017 - 21:59

Tramp Londonun ilk müsəlman merini tənqid etdi

Story Code : 643270
Tramp Londonun ilk müsəlman merini tənqid etdi
“Qafqazinfo” xəbər verir ki, prezident bu barədə Tvitter-də yazıb. Belə ki, Sadiq Xan hadisədən sonra verdiyi şərhdə sakinlərə “narahat olmayın”, - deyə müraciət edib.
 
Tramp isə bu məsələyə belə münasibət bildirib: “Ən az 7 ölü və 48 yaralı var. Londonun meri isə deyir ki, narahatlığa heç bir əsas yoxdur”.
 
Qeyd edək ki, Sadiq Xan bildirmişdi ki, parlament seçkilərini 4 iyun gecəsi baş verən terror hadisəsi ilə bağlı təxirə salmağa ehtiyac yoxdur.
 
Xatırladaq ki, Sadiq Xan Böyük Britaniyanın Leyboristlər Partiyasından mer seçilmiş ilk müsəlmandır.
Comment