0
Tuesday 20 June 2017 - 15:56

İranın ballistik zərbəsi ilə məhv edilən terrorçuların sayı

Story Code : 647517
İranın ballistik zərbəsi ilə məhv edilən terrorçuların sayı
İslamazeri.com-un “ParsToday”-ə istinadən verdiyi xəbərə əsasən, mənbələrin verdiyi məlumata əsasən, İran İslam İnqilabı Keşikçiləri Ordusunun (Sepah) atdığı raketlərdən təkcə biri 50-dən çox İŞİD terrorçusunu məhv edib.

“Al-Alam” bildirir ki, İranın Suriyanın Deyr-əz-Zor əyalətindəki İŞİD terrorçularına qarşı keçirdiyi əməliyyat zamanı terrorçuların bir neçə başçısı, o cümlədən Əbu Asim əl-Libi və Əbu Haris ləqəbli Əbdülqədir əl-Fərani var.

İranın atdığı digər 5 raketin vurduğu zərər barədə isə hələ ki, məlumat verilməyib.

Qeyd edək ki, İranın bazar günü keçirdiyi əməliyyatı zamanı ortamənzilli ballistik raketlərdən istifadə edilib. Atılmış bütün 6 raket dəqiq şəkildə hədəfə çatıb.
Source : Islamazeri
Comment