Milli.Az xəbər portalının «Fars» agentliyinə istinadən verdiyi məlumata görə, onlar Əfqanıstanın tikinti şirkətində çalışır, Farah vilayətində tədris mərkəzi tikirlərmiş. Bu günlərdə mühəndisləri aparan 2 avtomobil silahlı şəxslər tərəfindən saxlanılıb və iranlılar naməlum istiqamətdə aparılıb.
Nəzərinizə çatdıraq ki, Əfqanıstan və İraq torpaqlarında bir neçə dəfə İran vətəndaşlarının oğurlanması hadisəsi baş verib. Sonradan bu hadisənin ABŞ tərəfindən həyata keçirildiyi bəlli olub.