0
Thursday 5 October 2017 - 15:56

Abbas Hüseynov: "Məni öldürmək planları varsa, açıq elan eləsinlər, bilim"

Story Code : 674843
Abbas Hüseynov: "Məni öldürmək planları varsa, açıq elan eləsinlər, bilim"
Rakurs TV-ə bu haqda məlumat verən vəkil Abbas Hüseynovun telefon danışıqlarına nəzarət edildiyinə görə 1 həftə aclıq aksiyası keçirdiyini deyib.

A.Hüseynov bu məsələ ilə əlaqədar həm həbsxananın rəisinə, həm də Penitensiar Xidmətin rəisi Ceyhun Həsənova müraciət edib. Penitensiar Xidmətin rəisinə məktubunda Qobustan həbsxanasına gətiriləndən başına gələnləri, o cümlədən işgəncəyə məruz qalmasını ətraflı yazıb.

"Sentyabrın 29-da Abbasa bir qərar təqdim ediblər, orada yazılıb ki, radikal şiə olduğundan və ictimai asayişi pozmaq ehtimalına görə onun telefon danışıqları nəzarət altında saxlanılır, dinlənilir. Daha sonra Abbasa töhmət verilib. Guya, saxlandığı 8 nəfərlik kamerada radikal şiə təriqətini yayır, hakimiyyət əleyhinə təbliğat aparır, bu da kameradakılarda narahatlıq yaradır. Halbuki, kamera yoldaşlarının Abbasdan şikayəti olmayıb", – Yalçın İmanov bildirib.

İmanovun sözlərinə görə, ötən həftə həbsxanaya Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları gəldikdən sonra Abbasa qarşı münasibət daha da pisləşib: "Abbas onlara kameradakı dözülməz vəziyyətdən danışıb. Oktyabrın 3-də onu iki məhkumun olduğu, "karser"ə oxşayan kameraya köçürüblər. Həmin məhbuslardan da biri həbsdə olarkən kamera yoldaşının üstünə qaynar su tökdüyünə görə cəzası daha 6 il artırılıb. Digərinin də psixoloji problemləri var, təbii ehtiyaclarını elə kameranın içində ödəyir".

"Mən dəli deyiləm, normal məhbuslarla birlikdə qalmaq istəyirəm. Döydülər, işgəncə verdilər, gördülər alınmadı. İndi də iki psixoloji problemləri olan adamın yanına salıblar. Məni öldürmək planları varsa, açıq elan eləsinlər, bilim", – Abbas Hüseynov vəkilinə belə deyib.

A.Hüseynov vəkilinə onu da deyib ki, oktyabrın 4-də Penitensiar Xidmətin rəis müavini Mirsaleh Seyidov həbsxanada onunla görüşüb: "Abbasa bildirib ki, problemi həll olunacaq, başqa kameraya köçürüləcək. Bu gün mən Abbasla görüşəndə hələ həmin kamerada idi. Amma görüşdən sonra həbsxananın rəisi ilə əlaqə saxladım. Bildirdi ki, problem artıq həll olunub".

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 2 il 6 ayadək həbs cəzası kəsilib, 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib. Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. “Müsəlman Birliyi” Hərəkatının sədri Tale Bağırzadə və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırzadə və Abbas Hüseynovun hər birinə 20 il, digərlərinə 10 ildən 19 ilədək həbs cəzası verilib. Hərəsi 12 nəfərdən ibarət daha iki qrupun məhkəməsi davam edir. Təqsirləndirilən şəxslər ittihamlarla razılaşmır, Nardaran əməliyyatındakı iki polisi elə öz həmkarlarının qətlə yetirdiyini iddia edirlər.
Source : http://rakurs.tv
Comment