0
Thursday 19 October 2017 - 23:34

İranın Baş Qərargah Rəisi: İsrailin Suriyaya təcavüzü qəbul edilə bilməz

Story Code : 677836
İranın Baş Qərargah Rəisi: İsrailin Suriyaya təcavüzü qəbul edilə bilməz
İslamazeri.com türk mediasına istinadən xəbər verir ki, İranın Baş Qərargah Rəisi general Məhəmməd Baqiri səfərdə olduğu Dəməşqdə suriyalı həmkarı general Əli Əyyub ilə görüşdükdən sonra birgə mətbuat toplantısında iştirak edib.

General Baqiri İsrailin istədiyi hər an qurudan və havadan Suriya torpaqlarına təcavüz etməsinin qəbuledilməz olduğunu bildirib.

Baqiri həmçinin İran İslam Respublikası xalqının və dövlətinin qarşı-qarşıya olduqları bütün sanksiyalara baxmayaraq terrorla müharibədə Suriya xalqı və dövlətinin yanında yer aldıqlarını ifadə edib.

İran və Suriya arasındakı qardaşlıq və əməkdaşlığın 40 ildir davam etdiyini bildirən general özünun də terrorla mübarizədə Suriyanın yanında olmağa davam edəcəklərini elan etmək üçün Suriyaya səfər etdiyini vurğulayıb.
Source : İslamazeri
Comment