0
Monday 25 April 2011 - 20:14

Yəmənin diktatoru getməyi qəbul etdi!

Story Code : 67833
Yəmənin  diktatoru getməyi qəbul etdi!
Yəmənin diktatoru getməyi qəbul etdi!
Islam times.org/az/ - Yəmən xalqının ardıcıl nümayiş və etirazlarına məğlub olan diktator Saleh, axırda iqtidardan çəkilməyi qəbul etdi.

Çin dövlət agentliyi “Şinhuanın” bildirdiyinə görə Yəmənin iqtidar partiyası və Yəmənin müxalifət partiyası dünən Fars Körfəzi əməkdaşlıq şurasının son təklifini qəbul ediblər.

Bu təklif uyğun olaraq Əli Abdullah Saleh 30 gün içində qanuni təqibə alınmayacağına dair lazımlı zəmanətin verilməsi qarşılığında vəzifəsini tərk edəcək.

Bu vaxt müxaliflər də keçici hökumətin Əli Abdullah Salehin istefasından dərhal sonra qurulması təklifini irəli sürdülər.

Uzun müddət Yəməndə xalqın qətlə yetirilməsinə tamaşaçı kimi qalan ABŞ-da, bu mərhələdən razı qaldığını bildirib.

Dünən isə küçə qarşıdurmalarında 20-dən çox əsgər və vətəndaşın ölməsi, Yəmən diktatoruna geri addım atmağa məcbur edib.
Translator :
Source : IslamTimes
Comment