0
Saturday 13 January 2018 - 00:57

Şəhid Ayətullah Nimrin 4 ailə üzvi həbs edilib

Story Code : 696665
Şəhid Ayətullah Nimrin 4 ailə üzvi həbs edilib
Səudiyyə Ərəbistanın rejim təhlükəsizlik qüvvələri son iki gün ərzində Əvamiyyə bölgəsinə hücum edib və şəhid Ayətullah Nimr Baqir Nimrin ailə üzvlərindən 4 nəfəri həbs edib.

Maide.Az “miratjazeera” saytına istinadən xəbər verir ki, rejim təhlükəsizlik qüvvələri cümə axşamı zirehli avtomobillərlə Əvamiyyə şəhərinin Əl-Cəmimə məhəlləsində yaşayan Hacı Hüseyn Abdullah Nimrin evinə basqın edib. Basqın zamanı ev sakinlərini qorxuya salıb.

Məlumatda bildirilir ki, ondan bir gün əvvəl yəni, çərşənbə günü axşamı bu ailədən 4 nəfər (Cəfər Həsən Nimr, Əli Həsən Nimr, Abbas Əli Nimr və Əhməd Əli Nimr) həbs edilib. Onların taleyi ilə bağlı, harda və hansı şəraitdə saxlanılması ilə bağlı məlumat verməyib.

Eyni zamanda bəzi məlumatlara əsasən Səudiyyə qüvvələri Əvamiyyənin şərqində yerləşən əkin sahələrində axtarışlar aparıb. Lakin axtarışın hansı məqsədlə həyata keçirildiyi haqda məlumat verilməyib.
Source : Maide
Comment