0
Thursday 15 February 2018 - 23:06

Avropa Birliyi: İranın "Cənubi Qaz Dəhlizinə qoşulması məsələsini müzakirə etməyə hazırıq

Story Code : 705099
Avropa Birliyi: İranın "Cənubi Qaz Dəhlizinə qoşulması məsələsini müzakirə etməyə hazırıq
"APA-Economics" xəbər verir ki, bunu Avropa Komissiyasının Enerji Birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç bu gün Bakıda keçirilən "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclasına həsr olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bununla bağlı bütün mümkün variantlar nəzərdən keçirilib: “Avropa Birliyi Cənubi Qaz Dəhlizinin bütün tərəfdaşları ilə İran qazının layihəyə qoşulması məsələsini müzakirə etməyə hazırıq. Bizim üçün çox mühümdür ki, Cənub Qaz Dəhlizi Avropanı qaz resursları ilə zəngin regionları birləşdirsin. Biz yeni alıcıları, yeni təchizatçıları cəlb etməkdə maraqlı olacağıq. Bu iclaslar çərçivəsində istər Türkmənistan tərəfi ilə də, istərsə də İranın təmsilçiləri ilə danışıqlar aparılıb”.
Avropa Birliyinin nümayəndəsi bildirib ki, İran tərəfi neftinin nəqlində maraqlıdır: “Bu məqsəd üçün İranın daxilində boru kəmərləri çəkilməlidir və infrastruktur yaradılmalıdır. İran təbii qazının bu boru kəməri ilə daşınması bu ölkənin öz marağındadır. Bunun üçün də İranın lazımi infrastrukturu olmalıdır”.
Comment