0
Friday 23 March 2018 - 17:14

Qətərli nazir: İran və onun qüdrəti ilə iftixar edirik

Story Code : 713380
Qətərli nazir: İran və onun qüdrəti ilə iftixar edirik
Ər-Ruməyhi təkid edib ki, İran İslam Respublikası özünün beynəlxalq məsuliyyətinə diqqət etməklə Qətər əleyhinə blokada dövründə çox aydın mövqe tutdu. İran, Qətər qarşısında tutduğu mövqeinə görə təzyiqlərə məruz qaldı. Amma İran xalqı öz gücünü sübuta yetirdi. Lakin bəzi ərəb ölkələri bu mövzunu dərk etmək qabiliyyətinə malik deyillər.
İranı regional güc adlandıran nazir vurğulayıb: “Regionda balans yaratmaq üçün İrana ehtiyac vardır. Regionun ərəb ölkələrinin çoxunun siyasi təcrübələrə ehtiyacı vardır. Onların müstəqillik əldə etməsindən 40-50 il ötməsinə baxmayaraq, hələ də digər dövlətlər qarşısında acizdirlər. Biz İran və onun qüdrəti ilə iftixar edirik.”
Qətərli nazir İranın müxtəlif sahələrdə nailiyyətlərinə işarə edərək iranlı investistor və sənaye şirkətlərini Qətərə dəvət edərək deyib: “Biz onları çox yaxşı qarşılayırıq.”
Ər-Ruməyhi bir sıra məlum ölkələrin Qətərə qarşı bərk blokadası zamanı İranın bu ölkəyə yardımlarından söz açıb və bu köməklərinə görə İran dövlətinə minnətdarlıq edərək deyib: “Tehran Qətərə yük gəlməsi üçün öz limanlarını bir neçə dəfə bizim ixtiyarımızda qoydu. Belə ki, bu məhsullar Türkiyə və Pakistana göndərilirdi, oradan da İrana göndərilərək heç bir problem olmadan Qətərə gətirilirdi. ”
Nazir hal-hazırda İran və Qətər arasında ticarət mübadiləsinin həcminin azlığından şikayətlənərək bunun artmasını istəyib. O, həmçinin 2022-ci ildə Qətərdə keçiriləcək dünya olimpiya oyunlarına işarə edərək deyib: “İran bu əməliyyatlarda Qətərə kömək edə bilər. Türkiyənin Qətərdən 4 min km, İranın isə cəmi 180 km uzaqda yerləşməsinə diqqət etməklə, bu məsələ iki ölkənin əməkdaşlığının daha da möhkəmlənməsində təsirli ola bilər.”
Source : Nur.az.com
Comment