0
Monday 26 March 2018 - 15:34

Yəmənlilər Səudiyyənin təcavüzünün 4-cü ilə daxil olmasına belə cavab verdi + video

Story Code : 713998
Yəmənlilər Səudiyyənin təcavüzünün 4-cü ilə daxil olmasına belə cavab verdi + video
İslaminSesi.info Əlməsira telakanalına istinadla xəbər verir ki, Səudiyyənin təcavüzlərinə etiraz əlaməti olaraq müxtəlif əyalətlərdən on minlərlə insan paytaxtda Səbin meydanında toplaşıb.

Ötən gün Ənsarullah hərəkatının lideri Əbdül-məlik Husi təcavüzə cavab olaraq yəmənliləri kütləvi etiraz üçün meydana çıxmağa çağırmışdı.

Bundan öncə Yəmən Ordusunun və “Xalq Komitələri”nin (husilər) “Raket Qüvvələri” Səudiyyə Ərəbistanın bu ölkəyə təcavüzünün 4-cü ilə daxil olması ilə bağlı Səudiyyədə müxtəlif hərbi obyektləri bir neçə ballistik raketlə hədəfə alıb.

Səudiyyə Ərəbistanı və onun başçılıq etdiyi koalisiya 2015-ci ilin 26 martından başlayaraq Yəməndə legitimliyi dəstəkləmək bəhanəsilə bu ölkəyə hücuma keçib. Səudiyyə hələ də hədəfinə çata bilməyib.
Source : Islaminsesi
Comment


Related files