0
Thursday 12 May 2011 - 16:53

Ərəbistan və İsrailin məntəqədə ölüm rəqsi

Story Code : 71455
Ərəbistan və İsrailin məntəqədə ölüm rəqsi
Ərəbistan və İsrailin məntəqədə ölüm rəqsi
Bildiyimiz kimi, ərəb ölkələrində inqilabların baş qaldırmasından bir neçə ay ötür. Bu etiraz sunamisinin dalğaları hazırda bütün ərəb ölkələrinə sirayət edibdir. 

İnqilab şölələri saman saxlanılan anbara düşmüş bir qığılcım tək ərəb ölkələrinin birindən digərinə sirayət edibdir. Yaşlanmış ərəb dövlətləri bu inqilabların hətta sürətini azaltmaqda belə aciz qalıblar. 

Bir müddət öncə xalqlarının inqilabı ilə hakimiyyətdən kənarlaşdırılmış Bin Əli (sabiq Tunis prezidenti) və Hüsnü Mübarək (sabiq Misir prezidenti) dövləti kənarlaşdıraraq, köklü islahatlar vəd etməklə,
Yəmən prezidenti Əli Abdullah Saleh xalqın istəklərini məhdudlaşdırmaqla, Qəzzafi isə Liviyada qanlı göl yaratmaqla öz taxt-tacını qorumağa çalışdılar. Amma məlum olduğu kimi bu günədək bütün bu planlar uğursuzluğa düçar olub. 

Hazırda Ərəbistanda baş qaldırmış inqilab dalğası ərəb hakimlərinin ölüm mələyinə çevrilmişdir. Bu ölüm mələyi növbəti şikarını ovlamağa hazırlaşır. Ərəb hakimləri elə bu kabusdan yaxa qurtarmaq üçün sabiq düşmənləri olan İsraillə dostluğu heç bir tərəddüdsüz qəbul edibdir. 

"IslamTimes" - Tərcümə Şöbəsi
Source : “Fars” xəbər agentliyi
Comment