0
Monday 21 May 2018 - 16:06

ABŞ-da avtomobil restoran binasına girib, ölənlər və xəsarət alanlar var

Story Code : 726340
ABŞ-da avtomobil restoran binasına girib, ölənlər və xəsarət alanlar var
TASS xəbər verir ki, bu barədə yerli "WSPA" telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə Bessemer şəhərində baş verib. Qəza nəticəsində 2 nəfər ölüb. Onlardan biri yerli polis şerifinin köməkçisidir. Restorana girən avtomobilin sükanı arxasında isə onun atası olub.

Hadisə zamanı habelə bir neçə nəfər də xəsarət alıb. Onların dəqiq sayı açıqlanmır. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs saxlanılıb. Polisin məlumatına görə, sürücü nəqliyyat vasitəsini qəsdən restoran binasına sürüb. Cinayətkarın hadisəni törətməsi səbəbi açıqlanmır.
Source : Nur-az.com
Tagged
abş
Comment