0
Wednesday 23 May 2018 - 01:15

Türkiyədə 100-dən çox üsyançıya ömürlük həbs

Story Code : 726716
Türkiyədə 100-dən çox üsyançıya ömürlük həbs
İslamazeri.com-un rus mediasına istinadən verdiyi xəbərə əsasən, Türkiyənin İzmir şəhər məhkəməsi 2016-cı ildə baş tutmuş çevriliş cəhdi işi üzrə 104 nəfəri ömürlük azadlıqdan məhrum edib. Məhkumlar arasında keçmiş məmurlar və yüksəkvəzifəli hərbçilər də var.
Bununla yanaşı, məlum hadisələr zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı suiqəsdin təşkilində ittiham olunan 21 nəfər isə 20 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, 2016-cı ilin iyul ayının 16-sı gecə saatlarında Türkiyədə bir neçə generalın başçılıq etdiyi bir dəstə hərbçi hərbi çevriliş cəhdi edib. Nəticədə çevrilişə cəhd yatırılıb. Ölkədə nəzarət bərpa edildikdən sonra Türkiytənin ordu, hüquq-mühafizə və məhkəmə sistemi sıralarında kütləvi həbslər və təmizləmələr başladı.
 
Source : Islamazeri
Tagged
türkiyə
Comment