0
Wednesday 20 June 2018 - 15:39

Yəmən ordusu və Ənsarullah Hudeydada işğalçıları mühasirəyə aldı

Story Code : 732525
Yəmən ordusu və Ənsarullah Hudeydada işğalçıları mühasirəyə aldı
Yəmən ordusu və Ənsarullah Hudeydada işğalçıları mühasirəyə aldı
Deyerler.org Əl-Məsirəyə istinadən xəbər verir ki, Yəmən ordusu və Ənsarullah hərəkatının qüvvələri Hudeyda hava limanına yalnız 300 metr daxil olmasına imkan verdikləri işğalçıları 4 qoldan mühasirəyə aldıqdan sonra, işğalçılardan təslim olmalarını tələb ediblər. İşğalçıların mühasirəni yarmaq düşüncəsi ilə başlatdıqları əks-hücum onlara baha başa gəlib. Baş verən 3 saatlıq qarşıdurmadan sonra işğalçılara məxsus 20 hərbi texnika, 8 tank və ən azı 70 işğalçı məhv edilib. İşğalçılardan 97 nəfər də əsir götürülüb. Digər sağ qalan işğalçılar isə Hava Limanına girmədən bölgədən qaçıblar. Səudiyyə rejimi və Birləşmiş Ərəb Əmirliklərinin mediasının yaydıqları yalan xəbərlərə baxmayaraq, Hudeyda Hava Limanı Yəmən ordusu və Ənsarullah hərəkatının qüvvələrinin nəzarətindədir.
 
İyunun 19-u Yəmən ordusu və Ənsarullah hərəkatının qüvvələri Səudiyyə rejimi və Birləşmiş Ərəb Əmirliklərinin əsgərlərinin Hudeyda şəhərinin ətrafındakı toplaşma mərkəzini Qahir-2M ballistik raketilə vurub və nəticədə yüzlərlə işğalçı zabit və əsgərin öldüyü və yaralandığı bildirilib.
 
Yəmən ordusu və Ənsarullah hərəkatının qüvvələrinin QASEF PUA-ları xain M.Hadi qüvvələrinin Hudeyda ətrafındakı toplaşma mərkəzlərini 4 dəfə bombardman edib. Keçirilən hava hücumunda düşmənin onlarla qüvvəsi, hərbi texnikası və tankı məhv edilib.
 
 
Ötən gün Səudiyyə rejiminin döyüş təyyarələri Hudeydada Yəmənli vətəndaşları daşıyan bir avtobusu hədəfə alıblar. Hava zərbəsi nəticəsində 4-ü qadın olmaqla 6 yəmənli dinc sakin həlak olub.
 
Source : Deyerler
Comment