0
Monday 25 June 2018 - 17:11

Əsəddən xəbərdarlıq: Vəhabi terrorçular hələ geri dönəcəklər!

Story Code : 733543
Əsəddən xəbərdarlıq: Vəhabi terrorçular hələ geri dönəcəklər!
Əsəddən xəbərdarlıq: Vəhabi terrorçular hələ geri dönəcəklər!
İslamazeri.com-un Rusiyanın NTV telekanalına istinadən verdiyi xəbərə əsasən, Suriya prezidenti Bəşər Əsəd hesab edir ki, İŞİD və “Nusra Cəbhəsi” terror qruplaşmalarının döyüşçüləri Qərb ölkələrinin dəstəyi sayəsində “xilafətin qurulması” işlərinə geri dönəcəklər.
Bu, siyasi dəstəkli dini təhdiddir. Bu, öz-özünə baş vermir. Onlar geri dönəcəklər, çünki Qərb gücləri onları müxtəlif adlar altında təkrar-təkrar istifadə edir.”, - deyə Əsəd bildirib.
Suriyalı lider qeyd edib ki, 30 il öncə ABŞ-ın o zamankı prezidenti Ronald Reyqan Əfqanıstandakı terrorçuları “müqəddəs döyüşçülər” adlandırırdı, “terrorçu” yox.
İndi onları terrorçu adlandırsalar da, onlardan istifadə edirlər. Ola bilsin ki, 10 il sonra onlardan başqa adla ayrı yerdə istifadə edəcəklər, bu sadəcə bir rebrendinqdir. Bu, Qərbin alətidir. Sizin təhlükəni hiss etməyiniz doğrudur.”, - deyə o əlavə edib.
O söyləyib ki, Rusiya suriyalıları terrorçulardan qoruya-qoruya, həm də öz torpaqlarındakı rusiyalıları da qorumuş olur.
Xatırladaq ki, daha öncə Rusiya Müdafiə Nazirliyinin rəsmisi general-mayor İqor Konaşenkov bildirmişdi ki, İŞİD terror təşkilatının Suriyadakı ekspansiyası (yayılması) ABŞ və “beynəlxalq koalisiyanın” cinayətkar fəaliyyətsizliyinin sayəsində mümkün olub
 
Source : Islamazeri
Tagged
Suriya
Comment