0
Thursday 2 August 2018 - 14:59

İranın yüzdən çox hərbi gəmisi Fars körfəzini bağlayacaq

Story Code : 742007
İranın yüzdən çox hərbi gəmisi Fars körfəzini bağlayacaq
İranın yüzdən çox hərbi gəmisi Fars körfəzini bağlayacaq
İslamazeri.com-un “Islam Today”-ə istinadən verdiyi xəbərə əsasən, İran yaxın günlərdə Fars körfəzində son illərin ən böyük hərbi-dəniz manevrlərini keçirmək niyyətindədir.
İlkin məlumata görə, təlimlərim hədəfi Hörmüz boğazının qapadılmasıdır. Qeyd edək ki, dünya bazarında satılan neftin 20 faizi adıçəkilən boğazdan keçərək ixrac edilir.
ABŞ-ın hərbi mənbələrinə istinadən verdiyi xəbərə əsasən, təlimlərdə yüzdən çox gəmi və çox sayda hərbçi iştirak edəcək.
Maraqlıdır ki, manevrlərin başlama tarixi ABŞ sanksiyalarının bərpası günü ilə üst-üstə düşür.
Xatırladaq ki, İranın hərbi rəsmisi bir müddət öncə bildirmişdi ki, Hörmüz boğazını bağlamağa hazırdırlar. O qeyd etmişdi ki, əgər İran neftinin ixracının qarşısı alınarsa, o zaman bu addım atılacaq.
 
Source : Islamazeri
Tagged
Iran
Comment