0
Friday 27 May 2011 - 00:32

ABŞ Yəməndən qaçır.

Story Code : 74852
ABŞ Yəməndən qaçır.
ABŞ Yəməndən qaçır.
Islam times.org/az/ - Bir çox ölkədə olduğu kimi Yəməndə də hökuməti öz kuklasına çevirən ABŞ, kuklalarını itirdikcə Yəməndən qaçmağa başlayıb!

ABŞ və sionist İsrail rejiminin əli altında olan hökumətin istefasının tələb edildiyi Yəməndə qarşıdurmalar şiddətləndikcə, ABŞ, vətəndaşlarını və diplomatlarını bu ölkədən çıxarmağa başlayıb.

Belə ki, aylardır Yəməndə , ABŞ və sionist İsrailə çox yaxın olması və xalqın inanc və sosial vəziyyətinə fikir verməməsi səbəbindən prezident Əli Abdull
h Salehin istefasını tələb edən aksiyaçılarla təhlükəsizlik qüvvələri arasında qarşıdurmaların şiddətlənməsi nəticəsindən qorxuya düşən Amerika, casus olan diplomatlarıyla vətəndaşlarını Yəməndən sürətlə çıxarmağa başlayıb.

Ərəb mətbuatının verdiyi xəbərə görə Yəmənin paytaxtı Sənada, dünən gecə baş verən qarşıdurmada, 20 yaxın təhlükəsizlik qüvvələrinin öldüyü və yüzlərlə nümayişçinin yaralandığı xəbəri verilir.

Yəməndə Səudiyyə əslli gizli polislərin nümayişçilərə atəş açması, xalqın Yəmən rəhbərliyi ilə yanaşı Səudiyyə rejiminə qarşı da nifrətinin yaranmasına səbəb olub.

Xatırladaq ki, ABŞ və İsraildə təlim alan Səudiyyə gizli polisləri Bəhreyn xalqının evlərinə gecə basqınları təşkil edir, dinc əhalini vəhşicəsinə qətlə yetirirlər.
Translator :
Source : islamtimes
Comment