0
Sunday 7 October 2018 - 19:37

Senator Kris Myorfi Ərəbistana xəbərdarlıq etdi

Story Code : 754473
Senator Kris Myorfi Ərəbistana xəbərdarlıq etdi
Səudiyyəli jurnalist Camal Xaşoqcinin İstanbulda Səudiyyə konsulluğunu ziyarətdən sonra yoxa çıxması, sonradan doğranmış cəsədinin tapılması amerikalı senator Kris Myorfinin (Chris Murphy) sərt bəyanatı ilə müşayiət olunub.  The Washington Post qəzetinin köşə yazarı Xaşoqci  Səudiyyə kral ailəsi haqqında tənqidi yazılar yazıb və ailənin müxalifi kimi tanınır. Səudiyyə hökuməti Xaşoqcinin konsulluqdan çıxdığını iddia edir.
Senator Myorfi cəsəd tapılana qədər tvitlərində Ərəbistana xəbərdarlıq etmişdi. Jurnalistin cəsədi tapıldıqdan sonra senatorun mövqeyi kəskinləşdi. Kris Myorfi deyib: Xaşoqcinin oğurlanması və qətlinin Ərəbistanın işi olduğu sübuta yetərsə, Amerika Ərəbistanla əlaqələrini kəsməlidir.
 
Source : IslamTimes
Tagged
senator